Danimarka çempionatı azarkeşsiz keçiriləcək

Danimarka çempionatı azarkeşsiz keçiriləcək Futbol üzrə Danimarka çempionatının mart ayındakı oyunları azarkeşsiz keçiriləcək.
Futbol
6 Mart , 2020 20:35
Danimarka çempionatı azarkeşsiz keçiriləcək

Futbol üzrə Danimarka çempionatının mart ayındakı oyunları azarkeşsiz keçiriləcək. 

"Report"un məlumatına görə, bu barədə Danimarka Futbol Liqaları Birliyi məlumat yayıb. 

Bildirilib ki, hökumət 1 000 və daha çox insanın qatıldığı tədbirlərin yenidən planlaşdırılmalı olduğunu və ya ləğv edildiyini açıqlayıb. 

Bu səbəbdən çempionatın matçları azarkeşsiz keçiriləcək. İştirakçıların sağlamlığı üçün heç bir təhlükə olmadığı təqdirdə qarşılaşmalar ləğv olunmayacaq.

Qeyd edək ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub. 

Son xəbərlər

Orphus sistemi