"Dalğa Arena" təmirə bağlanıb

"Dalğa Arena" təmirə bağlanıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakının Mərdəkan qəsəbəsində yerləşən və AFFA-nın balansında olan Dalğa Arena təmirə bağlanılıb.
Futbol
30 Oktyabr , 2018 16:42
Dalğa Arena təmirə bağlanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakının Mərdəkan qəsəbəsində yerləşən və AFFA-nın balansında olan "Dalğa Arena" təmirə bağlanılıb. 

Milli assosiyasiyadan "Report"a verilən məlumata görə, stadionun ot örtüyündə bəzi yenilənmə işləri aparılır. Bildirilir ki, ot örtüyünün baxıma ehtiyacı olduğu üçün bu addım atılıb. 

Bu səbəbdən, "Zirə" klubu Azərbaycan Premyer Liqasının X turunda "Səbail"i “Bakcell Arena”da qəbul edəcək.  

Qeyd edək ki, "Sumqayıt" və "Zirə" klublarının ev oyunlarını keçirdiyi arenalar təmirdə olduğundan, onlar bu mövsüm "Dalğa Arena"dan yararlanıblar.

Son xəbərlər

Orphus sistemi