“Daily Mail” qəzeti Roberto Karlosa təzminat ödəyəcək

“Daily Mail” qəzeti Roberto Karlosa təzminat ödəyəcək Bakı. 23 iyul. REPORT.AZ/ Böyük Britaniyanın “Daily Mail” qəzeti Braziliya millsinin sabiq futbolçusu Roberto Karlosa təzminat ödəyəcək.
Futbol
23 İyul , 2018 13:38
“Daily Mail” qəzeti Roberto Karlosa təzminat ödəyəcək
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Böyük Britaniyanın “Daily Mail” qəzeti Braziliya millsinin sabiq futbolçusu Roberto Karlosa təzminat ödəyəcək.

“Report” qəzetin saytına istinadən xəbər verir ki, buna səbəb nəşrin 10 iyun 2017-ci il tarixində 45 yaşlı veteran müdafiəçinin 2002-ci il dünya çempionatı zamanı dopinqdən istifadə etməsi ilə bağlı yalan məlumat dərc etməsidir.

Qəzetin rəhbərliyi futboçudan üzr istəyib. Lakin öndəiləcək təzminatın məbləği açıqlanmayıb.

Qeyd edək ki, Roberto Karlos 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olub. O, karyerası ərzində Braziliyanın “Union San-Juan”, “Palmeyras”, “Korintians”, İtaliyanın “İnter”, İspaniyanın “Real Madrid”, Türkiyənin “Fənərbağça” və Rusiyanın “Anji” klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi