Daha bir ölkə AVRO-2020 ilə bağlı zəmanət verdi

Daha bir ölkə AVRO-2020 ilə bağlı zəmanət verdi Avropa çempionatının Şotlandiyanın Qlazqo şəhəri üzrə Təşkilat Komitəsi AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.
Futbol
18 May , 2020 17:21
Daha bir ölkə AVRO-2020 ilə bağlı zəmanət verdi

Avropa çempionatının Şotlandiyanın Qlazqo şəhəri üzrə Təşkilat Komitəsi AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib. 

"Report" xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Assosiasiya rəhbərliyi UEFA-ya yarışı keçirmək niyyətini təsdiqləyən məktub göndərib. 

Qeyd edək ki, daha öncə Britaniya mediası Şotlandiya tərəfinin AVRO-2020-nin matçlarından imtina etməsi barədə məlumat yaymışdı. 

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq. 

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 

2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar mayın 27-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək. Qlazqo şəhərindəki "Hampden Park" stadionunda qrup mərhələsinin 3, 1/8 finalın isə bir oyunu keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi