Daha bir məşhur futbolçunun adı Şöhrət Zalına daxil edildi

Daha bir məşhur futbolçunun adı Şöhrət Zalına daxil edildi O, "qırmızı şeytanlar"ın heyətində 4 dəfə Premyer Liqanın qalibi olub
Futbol
169
18 May , 2021 14:00
Daha bir məşhur futbolçunun adı Şöhrət Zalına daxil edildi
Erik Kantona

Adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilən daha bir futbolçu müəyyənləşib.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu, "Mançester Yunayted"in əfsanəvi hücumçusu Erik Kantonadır.

55 yaşlı keçmiş oyunçu 1992-ci ildə "Lids Yunayted"lə İngiltərə çempionu olub. Forvard 1992 - 1997-ci illərdə "Mançester Yunayted"in formasını geyinib. O, "qırmızı şeytanlar"ın heyətində 4 dəfə Premyer Liqada, iki dəfə ölkə kubokunda qızıl medal qazanıb.

Kantona Tyerri Anri və Alan Şirerdən sonra adı Şöhrət Zalına daxil edilən üçüncü futbolçudur.

Son xəbərlər

Orphus sistemi