Daha bir məşhur futbolçu federasiya prezidenti olmaq istəyir

Daha bir məşhur futbolçu federasiya prezidenti olmaq istəyir İspaniyanın "Barselona" millisinin sabiq futbolçusu Samuel EtoO Kamerun Futbol Federasiyasının prezidenti olmaq istəyir
Futbol
22 Sentyabr , 2021 09:59
Daha bir məşhur futbolçu federasiya prezidenti olmaq istəyir
Samuel Eto O

Ötənlərin məşhur hücumçusu Samuel Eto O Kamerun Futbol Federasiyasının prezidenti olmaq istəyir.

"Report"un məlumatına görə, 40 yaşlı hücumçu bu barədə şəxsi tvitter hesabında bildirib.

Seçkilərə qatılacağını deyən Kamerun millisinin sabiq üzvü ölkəsinə olan sevgisindən və futbola ehtirası səbəbindən belə qərar qəbul etdiyini söyləyib: "Zaman tükənmək üzrədir, gözləmək seçim deyil. Futbolumuzu bərpa etməyin vaxtı gəlib".

Qeyd edək ki, Samuel Eto O karyerası ərzində İspaniyanın "Barselona", "Real Madrid" və "Malyorka", İngiltərənin "Çelsi", İtaliyanın "İnter", Rusiyanın "Anji" və Türkiyənin "Konyaspor" kimi komandalarında çıxış edib. Daha əvvəl Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.

Son xəbərlər

Orphus sistemi