Daha bir komanda toplanış üçün Qəbələyə yollandı

Daha bir komanda toplanış üçün Qəbələyə yollandı Futbol üzrəAzərbaycan Premyer Liqasında çıxış edən daha bir komanda təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.
Futbol
954
18 İyul , 2020 17:38
Daha bir komanda toplanış üçün Qəbələyə yollandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komanda təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb. 

"Report"un məlumatına görə, "Sabah" hazırda Qəbələdədir. Paytaxt təmsilçisinin yeni baş məşqçisi Visente Qomes iyunun 21-də Azərbaycanda olacaq və komandaya qoşulacaq. 

Qeyd edək ki, avrokuboklara hazırlaşan komandalar da Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib.

"Qəbələ" komandası isə iyulun 20-də doğma meydanda hazırlığa start verəcək. 

Son xəbərlər

Orphus sistemi