Daha bir futbolçu "Sabah" klubu ilə vidalaşıb

Daha bir futbolçu "Sabah" klubu ilə vidalaşıb “Sabah” klubu futbolçu Xulio Rodriqeslə yollarını ayırıb.
Futbol
25 May , 2022 15:34
Daha bir futbolçu Sabah klubu ilə vidalaşıb

“Sabah” klubu futbolçu Xulio Rodriqeslə yollarını ayırıb.

"Report" xəbər verir ki, paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xulio Rodriges 2020-ci ilin yanvarından “Sabah”da çıxış edirdi.

Qeyd edək ki, daha əvvəl klub Şpiro Periçiç və Slavik Alxasovla da vidalaşıb.

Son xəbərlər

Orphus sistemi