Daha bir beynəlxalq kubok koronavirusa görə ləğv edildi

Daha bir beynəlxalq kubok koronavirusa görə ləğv edildi Beynəlxalq Çempionlar Kuboku koronavirus pandemiyasına görə ləğv edilən növbəti yarış olub.
Futbol
11 Aprel , 2020 08:25
Daha bir beynəlxalq kubok koronavirusa görə ləğv edildi

Beynəlxalq Çempionlar Kuboku koronavirus pandemiyasına görə ləğv edilən növbəti yarış olub.

Bu barədə “Report” turnirin “Twitter”dəki səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, oyunçuların, personalın, azarkeşlərin, matçlarda iştirak edən hər kəsin sağlamlığı və təhlükəsizliyi həmişə mühüm əhəmiyyətə malikdir. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağının qeyri-müəyyənliyi, həmçinin Avropa futbolu oyunlarının təqvimindəki qeyri-müəyyənlik Beynəlxalq Çempionlar Kubokunun bu yayda keçirilməsinin mümkün olmadığını göstərir.

Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku yayda keçirilən yoldaşlıq yarışıdır. Hər il bu turnirdə dünyanın aparıcı klubları iştirak edir.

Koronavirusa pandemiyasına görə bütün dünyada idman yarışları ləğv edilib. COVID-19 ötən ilin sonlarında Uhanda (Çin Xalq Respublikası) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi