Daha bir Avropa ölkəsində çempionat rəsmən yekunlaşdı

Daha bir Avropa ölkəsində çempionat rəsmən yekunlaşdı Futbol üzrə Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq.
Futbol
2 May , 2020 09:46
Daha bir Avropa ölkəsində çempionat rəsmən yekunlaşdı

Futbol üzrə Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq. 

"Report" Cəbəllütariq Futbol Assosiasiyasının (GFA) rəsmi saytına istinadən xəbər verir ki, qurum bununla bağlı üzvlərinə məlumat verib. 

Qərar yerli hökumətin GFA-ya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirdikdən sonra qəbul edilib. 

Assosiasiya UEFA ilə müzakirə etdikdən sonra 2020/2021 mövsümü üçün avrokuboklara vəsiqələri də müəyyənləşdirib. 

Turnir cədvəlində 17 oyundan sonra 49 xalla 1-ci pillədə qərarlaşan "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. 

Bildirilib ki, ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" də Avropa Liqasında çıxış edəcək. 

Cəbəllütariq çempionatında 6 komanda mübarizə aparır. 

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.

Son xəbərlər

Orphus sistemi