Dağıstanda keçirilən turnirdə ən yaxşı futbolçuya Anatoli Banişevski mükafatı təqdim olunub

Dağıstanda keçirilən turnirdə ən yaxşı futbolçuya Anatoli Banişevski mükafatı təqdim olunub "Neftçi"nin oyunçusu isə Aleksandr Çivadze mükafatına layiq görülüb
Futbol
12 İyun , 2017 11:19
Dağıstanda keçirilən turnirdə ən yaxşı futbolçuya Anatoli Banişevski mükafatı təqdim olunub

Bakı. 12 iyun. REPORT.AZ/ Dağıstan Respublikasında 14 yaşadək futbolçular arasında keçirilən "Caspian Cup" turnirində Anatoli Banişevski mükafatı təqdim olunub. "Report"un məlumatına görə, "Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin adını daşıyan mükafat turnirin ən yaxşı futbolçusuna verilib.

Bu şərəfə Gürcüstanın "Dinamo” (Tbilisi) komandasının üzvü Georgi Abuaşvili layiq görülüb. "Neftçi”nin futbolçusu Mirəli Əhmədov isə turnirin ən yaxşı müdafiəçisi seçilib. Əhmədov gürcüstanlı sabiq müdafiəçi Aleksandr Çivadzenin adını daşıyan mükafata sahib çıxıb.

Qeyd edək ki, "Caspian Cup"da Azərbaycanın 2 təmsilçisi mübarizə aparıb. "Neftçi" 8 komanda arasında 5-ci, "Qəbələ" isə sonuncu yeri tutub. 

Son xəbərlər

Orphus sistemi