Dağıstanlı futbolçular koronavirusa yoluxdu, xəstəxanaya getmədi

Dağıstanlı futbolçular koronavirusa yoluxdu, xəstəxanaya getmədi Rusiyanın Anji klubunun bir neçə futbolçusu koronavirus infeksiyası keçirib.
Futbol
139
8 İyun , 2020 13:19
Dağıstanlı futbolçular koronavirusa yoluxdu, xəstəxanaya getmədi

Rusiyanın "Anji" klubunun bir neçə futbolçusu koronavirus infeksiyası keçirib.  

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti"yə Mahaçqala təmsilçisinin baş direktoru Absalutdin Ağarəhimov məlumat verib. 

O, oyunçuların durumlarının ciddi olmadığını söyləyib. Klub rəsmisi heç kimin xəstəxanaya getmədiyini vurğulayıb. Ağarəhimov futbolçuların bəzilərinin temperaturunun qalxdığını, bəzilərinin isə qoxu hissini itirdiyini deyib. O, bütün oyunçuların evdə müalicə olunduğunu sözlərinə əlavə edib. 

Qeyd edək ki, indiyədək Dağıstanda 5858 koronavirusa yoluxma halı aşkarlanıb, 303 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi