Cüneyt Çakır Çempionlar Liqasının oyununa təyinat alıb

Cüneyt Çakır Çempionlar Liqasının oyununa təyinat alıb Türkiyəli FIFA referisi Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb.
Futbol
15 Aprel , 2019 14:13
Cüneyt Çakır Çempionlar Liqasının oyununa təyinat alıb

Türkiyəli FIFA referisi Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb.

"Report"un məlumatına görə, 43 yaşlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda keçiriləcək İngiltərə komandaları "Mançester Siti" və "Tottenhem"in matçını idarə edəcək. 

Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Artur Dias yerinə yetirəcək.

Qeyd edək ki, Mançester şəhərindəki görüş aprelin 17-də Bakı vaxtı saat 23:00-da başlayacaq. Londondakı matçda "Tottenhem" minimal hesablı qələbə qazanıb - 1:0. 

Bu mərhələdəki "Barselona" (İspaniya) - "Mançester Yunayted" (ilk oyun 1:0) qarşılaşmasını almaniyalı Feliks Brıx, "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) oyununu (ilk oyun 1:1), fransalı Klement Turpin, "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) (ilk oyun 0:2) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək. 

Son xəbərlər

Orphus sistemi