Azərbaycan cüdoçusu Qran-pri turnirində bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycan cüdoçusu Qran-pri turnirində bürünc medal uğrunda görüşə çıxacaq Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-pri turniri start götürüb.
Futbol
29 Mart , 2019 15:11
Azərbaycan cüdoçusu  Qran-pri turnirində bürünc medal uğrunda görüşə çıxacaq
0 : 00
0 : 00

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-pri turniri start götürüb.

"Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançılarından kişilərin və qadınların mübarizəsində hərəyə 4 cüdoçu tatami üzərinə çıxıb.

Onlardan yalnız İsmayıl İbrahimov (66 kq) medal görüşlərinə vəsiqə qazanıb. İbrahimov yarımfinalda İsrail təmsilçisi Tal Flikerə, passiv güləşdiyinə görə cərimə xalları ilə məğlub olub. O, turnirdə bürünc medal uğrunda görüşə çıxacaq.

Digər cüdoçulara gəldikdə, kişilərin yarışında Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq) və İlkin Babazadə (66 kq), qadınlardan isə Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İçinxorlu Munxtsedev (57 kq) daha erkən mərhələlərdə uduzaraq, mübarizəni dayandırıblar.

Martın 30-da kişilərdən Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), qadınlardan isə Fatma Özərdim (70 kq) mübarizəyə qoşulacaq. Nəhayət, martın 31-də Abdulhəqq Rəsullu və Əliömər Tumayev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq. 

Son xəbərlər

Orphus sistemi