CONMEBOL FIFA-nın qərarına etiraz etdi

CONMEBOL FIFA-nın qərarına etiraz etdi FIFA-nın oyun vaxtı əvəzetmə sayının artırılması ilə bağlı qərarı Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) narazılığına səbəb olub.
Futbol
9 May , 2020 13:56
CONMEBOL FIFA-nın qərarına etiraz etdi

FIFA-nın oyun vaxtı əvəzetmə sayının artırılması ilə bağlı qərarı Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) narazılığına səbəb olub.

"Report"un məlumatına görə, bu barədə qurumun prezidenti Alexandro Dominges özünün şəxsi "Twitter" səhifəsində paylaşım edib.

O bildirib ki, ali futbol qurumunun CONMEBOL-la məsləhətləşmədən belə bir qərar qəbul etməsi konfederasiyanı təəccübləndirib. Dominges həmçinin qərarı təhlil etmək və bunun Cənubi Amerika futbolu üçün uyğun olub-olmadığını müəyyənləşdirmək üçün ekspert qrupu yaradılacağını vurğulayıb.

Qeyd edək ki, FIFA mayın 8-də əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi