Bakıda keçiriləcək Avropa çempionatının yeni rəsmi tərəfdaşı açıqlanıb

Bakıda keçiriləcək Avropa çempionatının yeni rəsmi tərəfdaşı açıqlanıb Anlaşma AFFA və şirkət arasında əldə olunub
Futbol
5 Aprel , 2016 14:42
Bakıda keçiriləcək Avropa çempionatının yeni rəsmi tərəfdaşı açıqlanıb

Bakı. 5 aprel. REPORT.AZ/ "Coca-Cola" şirkəti Azərbaycanda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının rəsmi tərəfdaşı olub. "Report"un məlumatına görə, anlaşma AFFA-nın baş katibi Elxan Məmmədovla "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionunda ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletskiy arasında əldə olunub.

Razılığa əsasən, uzun illər ərzində Olimpiya Oyunları, FIFA dünya çempionatları və UEFA Avropa çempionatlarının əsas tərəfdaşı qismində çıxış etmiş şirkət Bakıdakı yarışı da öz məhsulları ilə təmin edəcək.

Qeyd edək ki, Avropa çempionatı mayın 5-21-də paytaxtın 4 stadionunda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi