ÇL: "Real" ilk yarımfinal oyununda "Atletiko"nu darmadağın edib - VİDEO

ÇL: "Real" ilk yarımfinal oyununda "Atletiko"nu darmadağın edib - VİDEO Matç 3:0 hesabı ilə başa çatıb
Futbol
1168
3 May , 2017 00:37
ÇL: Real ilk yarımfinal oyununda Atletikonu darmadağın edib - VİDEO

Bakı. 3 may. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, İspaniya paytaxtında Madrid şəhərinin iki klubu - "Real" və "Atletiko" komandaları üz-üzə gəlib.

"Santyaqo Bernabeu" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hər 3 qolu Kriştianu Ronaldu vurub və bununla da, ÇL-in "play-off" mərhələlərində 50 qol həddini keçən (52 qol) ilk futbolçu olub.

Beləliklə, bu komandalar arasında ardıcıl 4-cü mövsüm ÇL-də baş tutan qarşılaşmada "Kral klubu" meydanı qələbə ilə tərk edib. "Real" ilə "Atletiko" bunadək 2013-2014 və 2015-2016 mövsümlərində ÇL-in finalında, 2014-2015 mövsümündə isə 1/4 finalda üz-üzə gəliblər. Hər üç halda "Real Madrid" qələbəyə nail olub.

Çempionlar Liqası, 1/2, ilk oyun

22:45. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya) - 2:0

Qollar: Kriştianu Ronaldu, 10; 73; 86

Baş hakim: Martin Atkinson (İngiltərə)

"Santyaqo Bernabeu" stadionu

Digər yarımfinal görüşü mayın 3-də "Monako" (Fransa) ilə "Yuventus" (İtaliya) arasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi