ÇL: "Qarabağ" - "Çelsi" matçı üçün təyinatlar açıqlanıb

ÇL: "Qarabağ" - "Çelsi" matçı üçün təyinatlar açıqlanıb Qarşılaşma yunanıstanlı hakimlər briqadasına həvalə olunub
Futbol
10 Sentyabr , 2017 13:28
ÇL: Qarabağ - Çelsi matçı üçün təyinatlar açıqlanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın "Çelsi" ilə İngiltərədə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin I tur matçı üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, sentyabrın 12-də keçiriləcək qarşılaşma yunanıstanlı hakimlər briqadasına həvalə olunub.

Çempionlar Liqası, qrup mərhələsi

C qrupu

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Tasos Sidiropulos

Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis

Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)

London, "Stemford Bric" stadionu

Son xəbərlər

Orphus sistemi