ÇL: "Çelsi" "Qarabağ"a böyük üstünlüklə qalib gəlib - YENİLƏNİB-4 - VİDEO

ÇL: "Çelsi" "Qarabağ"a böyük üstünlüklə qalib gəlib - YENİLƏNİB-4 - VİDEO "Qarabağ" mübarizəyə böyük hesablı məğlubiyyətlə başlayıb
Futbol
13 Sentyabr , 2017 00:37
ÇL: Çelsi Qarabağa böyük üstünlüklə qalib gəlib - YENİLƏNİB-4 - VİDEO
Getty Images

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində debüt edib. 

"Report"un məlumatına görə, C qrupunda yer alan Azərbaycan təmsilçisi ilk turda İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub.

"Stemford Bric" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

"Çelsi" ilk yarıda 2, fasilədən sonra isə 4 qol vurub. Bu oyunda Ansi Aqollinin zədə üzündən meydana çıxmaması və arxa xətdə buraxılan kobud səhvlər öz sözünü deyib. Xüsusən, qapıçı İbrahim Şehiçin inamsız oyunu qeyd edilməlidir. Ön xətdə isə "Qarabağ" ciddi heç nə ilə yadda qalmayıb. Yalnız oyunun sonlarında Dino Ndlovu qol imkanı qazansa da, zərbəsi qapının üstündən keçib.

Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə böyük hesablı məğlubiyyətlə başlayıb.

Çempionlar Liqası, qrup mərhələsi

C qrupu

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0

Qollar: Pedro Rodriges, 5. Davide Zapakosta, 30. Sezar Azpilikueta, 55. Temu Bakayoko, 71. Miçi Batşuayi, 76. Maksim Medvedev, 81-öz qapısına

Baş hakim: Anastasios Sidiropulos

Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis

Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)

Hakim-inspektor: Paulius Maljinskas (Litva)

UEFA nümayəndəsi: Mixal Martinyak (Slovakiya)

London, "Stemford Bric" stadionu 


***00:25

Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında üz-üzə gələn "Çelsi" və "Qarabağ" komandalarının oyununda hesab 6:0-a çatıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 76 və 82-ci dəqiqəsində Michy Batshuayi hesabı 6:0-a çatdırıb.

*** 00:14 

Bakı. 13 sentyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında üz-üzə gələn "Çelsi" və "Qarabağ" komandalarının oyununda hesab 4:0-a çatıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 71ci dəqiqəsində Tiemoue Bakayoko hesabı 4:0-a çatdırıb.


***23:55

Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında üz-üzə gələn "Çelsi" və "Qarabağ" komandalarının oyununda hesab 3:0-a çatıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 55-ci dəqiqəsində Cesar Azpilicueta 3-cü qolu Ağdam təmsilçisinin qapısından keçirib.


***23:21

Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında üz-üzə gələn "Çelsi" və "Qarabağ" komandalarının oyununda hesab 2:0-a çatıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində Davide Zappacosta qonaqları ikinci dəfə mərkəzə dəvət edib - 2:0


***22:51

Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında üz-üzə gələn "Çelsi" və "Qarabağ" komandalarının oyununda hesab açılıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində Pedro Rodriguez meydan sahiblərini irəli çıxarıb: 1:0.

***22:47

"Qarabağ" komandası Azərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Ağdam klubu İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağıdır.

C qrupunda yer alan komandaların görüşü "Stemford Bric" stadionunda keçirilir və Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Görüşü Tasos Sidiropulosun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edir.

Çempionlar Liqası, qrup mərhələsi

C qrupu

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Anastasios Sidiropulos

Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis

Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)

Hakim-inspektor: Paulius Maljinskas (Litva)

UEFA nümayəndəsi: Mixal Martinyak (Slovakiya)

London, "Stemford Bric" stadionu

Son xəbərlər

Orphus sistemi