Çinli biznesmen İngiltərənin “Southampton” klubunu alıb

Çinli biznesmen İngiltərənin “Southampton” klubunu alıb İş adamı bunun üçün 210 milyon funt sterlinq ödəyib
Futbol
15 Avqust , 2017 09:46
Çinli biznesmen İngiltərənin “Southampton” klubunu alıb

Bakı. 15 avqust. REPORT.AZ/ Çinli biznesmen Tszişen Qao İngiltərənin “Southampton” klubunun səhimlərinin 80 faizini satın alıb.

“Report”un BBC-yə istinadən verdiyi məlumata görə, iş adamı bunun üçün 210 milyon funt-sterlinq ödəyib.

Səhmlərin 20 faizi isə klubun sabiq sahibi Katarina Libherrdə qalıb. O, sövdələşmə ilə bağlı bunları deyib: “Bu, bizim klub üçün yeni bir dönəmin başlanğıcıdır. İsti münasibətdə olduğum cənab Qao və onun qızı Nelli bizim dəyər və hədəflərimizi bölüşürlər. Komanda şəklində uzunmüddətli uğurların təməlini qoymaq üçün çalışacağıq”.

Qeyd edək ki, “Southampton” ötən mövsüm Premyer Liqada 8-ci olub. 

Son xəbərlər

Orphus sistemi