Çingiz Abdullayev: "Neftçi"nin Nobel prospektindəki bazası köçürüləcək"

Çingiz Abdullayev: "Neftçi"nin Nobel prospektindəki bazası köçürüləcək" "Fikirləşirik, necə edək və hara köçək ki, baza və stadion bir yerdə olsun"
Futbol
5 May , 2015 16:49
Çingiz Abdullayev: Neftçinin Nobel prospektindəki bazası köçürüləcək

Bakı. 5 may. REPORT.AZ/ "Neftçi" futbol klubunun Bakı şəhəri, Nobel prospektində yerləşən bazası köçürüləcək. Bu barədə "Report"a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səbəb bazanın yerləşdiyi ərazinin plana düşməsidir: "Burada "Ağ Şəhər" salınır. Gec-tez biz bu ərazini "Ağ Şəhər"ə verməliyik. 2-3 ilə buradan köçməliyik. Ona görə də yaxşı şəraiti olan bir yerə köçməliyik ki, həm oynayaq, həm də məşq edək".

Ç.Abdullayev bildirib ki, "Neftçi"nin bazasından fərqli olaraq, AFFA-nın mənzil-qərargahı plana düşməyib: "AFFA bir binadır. Amma bizim bazada ərazi çoxdur. Burada evlər tikilməlidir. Bu günə mənim məlumatım var ki, AFFA qalır, amma "Neftçi" gec-tez buradan köçməlidir".

Müşahidə Şurasının sədri İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məskunlaşmaq istədiklərini bildirib. O, ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək niyyətlərində olduqlarını da bəyan edib: "Əsas bazanı biz "İsmət Qayıbov"da tikirik. Gələn kimi dedim ki, Bakı Olimpiya Stadionunu SOCAR tikir və bəlkə oranı bizə verərlər. Çünki Azərbaycanın ən gözəl, ən tanınmış klubu "Neftçi"dir. Rövnəq müəllim dedi ki, "Bakcell Arena"nı doldurun, sonra baxarıq. Düz deyir, çünki 11 minlik tribunanı doldura bilmirik. Amma kubokun finalında çox adam gəlir. İstərdik ki, "İsmət Qayıbov"a köçək. Hazırda bizdə bazada vəziyyət ağırdır. Bu səbəbdən buranı köçürmək istəyirik. Fikirləşirik, necə edək və hara köçək ki, baza və stadion bir yerdə olsun".

Son xəbərlər

Orphus sistemi