Çində çiçək açan gül təsvirli stadionun layihəsi - VİDEO

Çində çiçək açan gül təsvirli stadionun layihəsi - VİDEO Çinin cənubundakı Quançjou əyalətində ən böyük futbol stadionunun layihəsi yayımlanıb.
Futbol
18 Aprel , 2020 10:16
Çində çiçək açan gül təsvirli stadionun layihəsi - VİDEO

Çinin cənubundakı Quançjou əyalətində ən böyük futbol stadionunun layihəsi yayımlanıb.

“Report”un məlumatına görə, 100 min azarkeş tutumuna malik arena latus çiçəyinə bənzəyəcək.

Stadionun sahəsi 150 min kvadratmetr, ətrafı ilə birlikdə ümumi sahəsi 300 min kvadratmetr olacaq. İdman kompleksi “Quançjou Everqrand” klubunun sahibi olan “Everqrand Qrup”un olacaq. Şirkət stadiona 12 milyard yuan (təxminən 1.69 milyard ABŞ dolları) xərcləyəcək.

Arenanın 2023-cü il Asiya Kubokuna qədər hazır olacağı gözlənilir. Tikinti 2022-ci ilin sonunda yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi