Çin korporasiyası "Atletiko" klubundakı səhmlərini satır

Çin korporasiyası "Atletiko" klubundakı səhmlərini satır Bakı. 14 fevral. REPORT.AZ/ Ciddi maliyyə çətinlikləri ilə üzləşən Çinin Wanda korporasiyası İspaniyanın Atletiko futbol klubundakı səhmlərini satacaq.
Futbol
14 Fevral , 2018 17:57
Çin korporasiyası Atletiko klubundakı səhmlərini satır

Bakı. 14 fevral. REPORT.AZ/ Ciddi maliyyə çətinlikləri ilə üzləşən Çinin "Wanda" korporasiyası İspaniyanın "Atletiko" futbol klubundakı səhmlərini satacaq.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səhmlərin 17 faizini Madrid təmsilçisinin digər sahibi "Quantum Pacific" alacaq. İsrail şirkətinin hazırkı payı 15 faizdir. Yeni anlaşmanın məbləği açıqlanmır.

Sövdələşmənin başa çatdırılması üçün İspaniya hökuməti tərəfindən razılıq verilməsi lazımdır. Bununla belə, "Wanda" "Atletiko"nun sponsoru kimi qalacaq. Klubun stadionu isə "Wanda Metropolitano" adını qoruyacaq.

Qeyd edək ki, “Atletiko” 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində “Land of Fire Azerbaijan” yazılı formalarla çıxıb.

Son xəbərlər

Orphus sistemi