Çin komandası 104 gündən sonra koronavirusun ortaya çıxdığı şəhərdə

Çin komandası 104 gündən sonra koronavirusun ortaya çıxdığı şəhərdə Futbol üzrə Çin Super Liqasında çıxış edən Uhan Zall komandası 4 aydan sonra təmsil etdiyi şəhərə qayıdıb.
Futbol
605
20 Aprel , 2020 15:33
Çin komandası 104 gündən sonra koronavirusun ortaya çıxdığı şəhərdə
0 : 00
0 : 00

Futbol üzrə Çin Super Liqasında çıxış edən "Uhan Zall" komandası 4 aydan sonra təmsil etdiyi şəhərə qayıdıb. 

"Report"un məlumatına görə, yanvarda İspaniyanın Malaqa şəhərinə təlim-məşq toplanışı üçün gedən kollektiv koronavirus səbəbindən ölkəyə dönə bilmirdi. 

Uhan şəhəri karantində olduğundan, komanda İspaniyadan Almaniyaya, oradan isə Çinin Şençjen şəhərinə yollanmışdı. Futbolçular burada 3 həftə ərzində karantində qalmışdılar. 

Oyunçular və məşqçilər heyəti 104 gündən sonra Uhan şəhərinə qayıda biliblər. Komandanı azarkeşlər qarşılayıb, kollektivin aprelin 22-də məşqə başlayacağı bildirilib. 

Qeyd edək ki, koronavirus 2019-cu ilin sonlarında məhz Uhandan yayılmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi