Çin klubu Kərim Benzema üçün 50 milyon avro təklif edib

Çin klubu Kərim Benzema üçün 50 milyon avro təklif edib Bakı. 13 oktyabr. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema karyerasını Çin çempionatında davam etdirə bilər.
Futbol
13 Oktyabr , 2018 16:13
Çin klubu Kərim Benzema üçün 50 milyon avro təklif edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema karyerasını Çin çempionatında davam etdirə bilər.

“Report” “Don Balon”a istinadən xəbər verir ki, adı açıqlanmayan klub 30 yaşlı hücumçu üçün 50 milyon avro ödəməyə hazırdır. Madrid təmsilçisinin də fransalı forvardı satmaqda maraqlı olduğu bildirilir.

Benzema isə gələcək karyerasını Avropa klublarından birində davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Benzema 2009-cu ilin iyununda 35 milyon avroya Fransanın “Lion” klubundan “Real Madrid”ə transfer olunub.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi