Çin dünya çempionatı üçün 9 futbolçunu milliləşdirmək istəyir

Çin dünya çempionatı üçün 9 futbolçunu milliləşdirmək istəyir Çin Futbol Assosiasiyası 2022-ci il dünya çempionatının seçmə mərhələsi ərəfəsində 9 futbolçunu milliləşdirmək istəyir.
Futbol
23 Avqust , 2019 14:01
Çin dünya çempionatı üçün 9 futbolçunu milliləşdirmək istəyir

Çin Futbol Assosiasiyası 2022-ci il dünya çempionatının seçmə mərhələsi ərəfəsində 9 futbolçunu milliləşdirmək istəyir.

“Report” xəbər verir ki, bu barədə qurumun prezidenti Çen Xuyuan “Sinxua” agentliyinə bildirib. Onun sözlərinə görə, bu addım kiçik qısa müddətli hədəflərə çatmaları kömək edə bilər: “Biz Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək istəyirik. Bunun üçün əcnəbi oyunçuları milliləşdirə bilərik. Amma bu, bizim uzun müddətli siyasətimiz olmayacaq”.

Qeyd edək ki, hazırda Çinin əhalisi 1,4 milyard nəfərdir. Bu ölkənin futbol yığmasına məşhur italiyalı məşqçi Marçello Lippi rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi