Çin - Cənubi Koreya futbol matçında oyunçular arasında kütləvi insident baş verib

Çin - Cənubi Koreya futbol matçında oyunçular arasında kütləvi insident baş verib Buna səbəb koreyalı Hi Çan Hvonun İn Honqboya qarşı qaydaları pozması olub
Futbol
990
24 Mart , 2017 01:28
Çin - Cənubi Koreya futbol matçında oyunçular arasında kütləvi insident baş verib
Foto: "Goal.com"

Bakı. 24 mart. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin Çin - Cənubi Koreya matçının son dəqiqələrində futbolçular arasında kütləvi insident baş verib.

"Report"un məlumatına görə, toqquşmaya səbəb koreyalı Hi Çan Hvonun çinli İn Honqboya qarşı qaydaları pozması olub.

Hvonun yerə yıxılan Honqbonu vurmasından sonra hər iki komandanın futbolçuları özlərini hadisə yerinə yetirib. Onları yığmaların baş məşqçiləri Marçello Lippi ilə Uli Ştilike ayırıb.

Qeyd edək ki, görüş Çinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi