Çin çempionatının başlayacağı tarix açıqlandı

Çin çempionatının başlayacağı tarix açıqlandı Futbol üzrə Çin çempionatının başlama tarixi bəlli olub.
Futbol
1 İyul , 2020 11:42
Çin çempionatının başlayacağı tarix açıqlandı

Futbol üzrə Çin çempionatının başlama tarixi bəlli olub. 

"Report" "Xinhua" nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Futbol Assosiasiyası qərar çıxarıb. 

Mövsüm iyulun 25-də başlayacaq. Daha öncə çempionatın startı fevralın 22-ə təyin edilsə də, koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı. 

Bütün çempionat matçları azarkeşsiz keçiriləcək. 16 komanda iki qrupa bölünəcək, hər qrupdan ən yaxşı 4 komanda pley-offa çıxacaq. Sonuncu yerləri tutanlar isə liqada qalmaq üçün bir-biriləri ilə oynayacaqlar. 

Qeyd edək ki, koronavirus ilk olaraq 2019-cu ilin sonlarında Çində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya kimi tanıyıb. 

Son xəbərlər

Orphus sistemi