Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyəyə qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyəyə qalib gəlib Oyun 3:1 hesabı ilə başa çatıb
Futbol
9 Sentyabr , 2016 16:11
Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyəyə qalib gəlib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda üçüncü oyununa çıxıb. 

"Report"un məlumatına görə, İtaliyanın Yezolo şəhərində keçirilmiş matçda rəqib Türkiyə yığması olub.

Milli komanda 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.

Son xəbərlər

Orphus sistemi