CIES ən bahalı futbolçuları açıqladı: Messi 22-ci, Ronaldu 70-cidir

CIES ən bahalı futbolçuları açıqladı: Messi 22-ci, Ronaldu 70-cidir Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən bahalı futbolçuların reytinq cədvəlini açıqlayıb.
Futbol
8 İyun , 2020 16:36
CIES ən bahalı futbolçuları açıqladı: Messi 22-ci, Ronaldu 70-cidir

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən bahalı futbolçuların reytinq cədvəlini açıqlayıb.

"Report"un məlumatına görə, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. 21 yaşlı forvardın dəyəri 259,2 milyon avrodur.

İkinci sırada  İngiltərənin "Mançester Siti" klubundan Rahim Sterlinq (194,7 milyon avro) yer alıb. İlk "üçlüy"ü Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Ceydon Sanço tamamlayır.

İspaniya "Barselona"sının argentinalı hücumçusu Lionel Messi 100,1 milyon avroluq dəyəri ilə siyahıda 22-ci, İtaliya "Yuventus"unun portuqaliyalı forvardı Kriştianu Ronaldu (62,8 milyon avro) isə 70-cidir.

Son xəbərlər

Orphus sistemi