"Chelsea"nin qapıcısı 60 metrlik məsafədən vurulan topu tuta bilməyib

"Chelsea"nin qapıcısı 60 metrlik məsafədən vurulan topu tuta bilməyib İngiltərə Premyer Liqasında maraqlı qol qeydə alınıb
Futbol
5 Aprel , 2015 00:52
Chelseanin qapıcısı 60 metrlik məsafədən vurulan topu tuta bilməyib

Bakı. 5 aprel. REPORT.AZ/ İngiltərə Premyer Liqasında maraqlı qol qeydə alınıb.

"Report"un Lenta.Ru saytına istinadən verdiyi xəbərə görə, Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən "Chelsea"-"Stoke City" matçının 44-cü dəqiqəsində, Belçikalı qapıçı Tibo Kurtuanın qapıdan aralı dayandığını görən yarımmüdafiəçi Charlie Adam topu 60 metrlik məsafədən "Chelsea"-nin qapısına göndərib.

Ancaq bu oyunun nəticəsinə təsir etməyib. "Chelsea" meydançadan 2-1 hesablı qələbə ilə ayrılıb.

Son xəbərlər

Orphus sistemi