Çexiya yığmasının Almaniya və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb

Çexiya yığmasının Almaniya və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb Zədəli olduqları üçün 3 futbolçuya dəvət göndərilməyib
Futbol
27 Sentyabr , 2016 15:57
Çexiya yığmasının Almaniya və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çexiya milli komandasının Almaniya və Azərbaycan yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. 

"Report"un Çexiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Karel Yarolimin əsas siyahısında 19 oyunçunun adı yer alıb.

Onların arasında zədəli Vladimir Darida, Yakub Rada və Lukaş Pokornı yoxdur. Təcrübəli mütəxəssis 15 futbolçudan ibarət ehtiyat oyunçular siyahısı da tərtib edib.

Əsas siyahıdakı futbolçular:

Qapıçılar: Yaroslav Drobnı (“Verder”, Almaniya), Tomaş Kubek ("Sparta"), Tomaş Vatslik (“Bazel”, İsveçrə);

Müdafiəçilər: Teodor Gebre Selassiye (“Verder”, Almaniya), Pavel Kaderjabek (“Hoffenhaym”, Almaniya), Filip Novak (“Midtyulland”, Danimarka), Tomaş Sivok (“Bursaspor”, Türkiyə), Marek Suxi (“Bazel”, İsveçrə), Yan Sikora ("Slovan" Liberets);

Yarımmüdafiəçilər: Borjek Doçkal ("Sparta), Martin Fridek (“Sparta”), Tomaş Horava ("Viktoriya" Plzen), Ladislav Kreyçi (“Bolonya”, İtaliya), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Milan Petrjela ("Viktoriya” Plzen), İrji Skalak (“Brayton”, İngiltərə)

Hücumçular: Vatslav Kadlets ("Midtyulland", Danimarka), Patrik Şik (“Sampdoriya”, İtaliya), Matey Vidra (“Derbi Kaunti”, İngiltərə).

Karel Yarolim həmçinin B siyahısını da açıqlayıb. O ehtiyat heyət kimi 15 futbolçunun adını vurğulayıb. Almaniya və Azərbaycanla oyunlar öncəsi məhz B siyahısından bir neçə oyunçunun əsas yığmaya qoşulması gözlənilir.

B siyahısındakı futbolçular:

Qapıçı: İrji Pavlenka (“Slaviya”);

Müdafiəçilər: Yakub Brabets ("Sparta"), Vladimir Kufal ("Slovan" Liberets), Tomaş Hayek (klubsuz), Lukaş Heyda (“Viktoriya” Plzen), Yakub Yuqas (“Fastav”), Mixal Kadlets (“Sparta”), Lukaş Pokornı (“Slovan” Liberets), Daniel Pudil (“Şeffild Uensdey”, İngiltərə)

Yarımmüdafiəçilər: Yan Kopits ("Viktoriya" Plzen), Petr Mareş (“Mlada Boleslav”), Martin Zeman (“Viktoriya” Plzen);

Hücumçular: Yan Kramosta (“Mlada Boleslav”), Tomaş Netsid (“Bursaspor”, Türkiyə), Milan Şkoda (“Slaviya”).

Qeyd edək ki, Almaniya ilə səfər matçı oktyabrın 8-də Hamburqda, Azərbaycanla ev oyunu isə oktyabrın 11-də Ostravada keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi