Çexiya millisinin heyətində 2 futbolçu dəyişikliyi edilib

Çexiya millisinin heyətində 2 futbolçu dəyişikliyi edilib Azərbaycan yığmasının rəqibi yeni oyunçularla Bakıya gəlir
Futbol
2 Oktyabr , 2017 13:42
Çexiya millisinin heyətində 2 futbolçu dəyişikliyi edilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan və San Marino yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup oyunları ərəfəsində futbol üzrə Çexiya milli komandasının heyətində 2 futbolçu dəyişikliyi edilib. "Report"un Çexiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi Teodor Gebre Selassi ilə hücumçu Milan Şkoda heyətdən çıxarılıb.

Gebre Selassi ailə məsələləri, Şkoda isə zədə üzündən komandanı tərk edib. Onları Vatslav Kadlets və Yan Sikora əvəzləyib. 

"Sparta"nın hücumçusu Kadlets bir ildən sonra yığmaya qayıdıb. O, sonuncu dəfə ötən il oktyabrın 11-də elə Azərbaycan millisinə qarşı forma geyinib. Həmin vaxt oyun qolsuz yekunlaşıb. Kadletsin aktivində ümumilikdə 3 qol var.

33 yaşlı Sikora isə sonuncu dəfə martda Litvaya 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış edib. O, səhhətindəki problemləri yoluna qoyduqdan sonra "Slaviya"nın heyətinə qoşulub. Təcrübəli müdafiəçi yığmada 4 matça çıxıb.

Qeyd edək ki, Çexiya oktyabrın 5-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq. Oktyabrın 8-də isə Karel Yarolimin baş məşqçi olduğu kollektiv San Marinonu qəbul edəcək.   

Son xəbərlər

Orphus sistemi