Bakı. 22 iyun. REPORT.AZ/ Çexiyanın "Slovan" klubu "Neftçi"də icarə müddəti başa çatan futbolçusu Zdenek Folpexti geri qaytarıb. "Report"un məlumatına görə, bu barədə Liberets komandasının baş məşqçisi İndrjix Trpişovski açıqlama verib.
O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda "Slovan"ın heyətində növbəti mövsümün hazırlıqlarına qoşulacaq.
Hazırda əlində iltihab yarandığı üçün Folprext məşqlərdən kənarda qalıb. Oyunçu gələn həftədən komanda ilə birgə çalışacaq.
Qeyd edək ki, Zdenek Folprext "Neftçi"yə qışda icarə əsasında cəlb olunub. O, Premyer Liqada 13 oyuna 1 qol vurub.