Çexiyalı futbolçu Bakıda Milan Baroşun rekordunu təkrarladı

Çexiyalı futbolçu Bakıda Milan Baroşun rekordunu təkrarladı Çexiya millisinin futbolçusu Patrik Şik yeni uğura imza atıb.
Futbol
3 İyul , 2021 21:31
Çexiyalı futbolçu Bakıda Milan Baroşun rekordunu təkrarladı

Çexiya millisinin futbolçusu Patrik Şik yeni uğura imza atıb.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu buna Avropa çempionatının 1/4 final mərhələsində Bakı Olimpiya Stadionunda Danimarkaya qarşı keçirdikləri oyunda nail olub.

49-cu dəqiqədə hesab arasındakı fərqi azaldan forvard AVRO-2020-də 5-ci dəfə rəqib qapılarına yol tapıb və bir qitə çempionatında vurulan qolların sayına görə millinin sabiq oyunçusu Milan Baroşa çatıb. Baroş AVRO-2004-də 5 qolla yadda qalıb.

Şik yarışın bombardirləri siyahısında Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldunu da yaxalayıb.

Qeyd edək ki, matçda ikinci hissə oynanılır və Danimarka yığması öndədir - 2:1.

Son xəbərlər

Orphus sistemi