Bakı. 4 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike polis əməkdaşını təhqir etdiyi üçün cəzalandırılıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, Barselona məhkəməsi futbolçunu 10 500 avro cərimələyib.
Ötən ilin oktyabrında gecə klubundan çıxan Pikeyə avtomobili icazə olmayan yerdə saxladığı üçün polis tərəfindən cərimə yazılıb. Futbolçu isə buna etiraz edərək "bu cəriməni sənin atana ödətdirəcəyəm" deyib. Məhkəmə futbolçunun yüksək gəlirli olduğunu nəzərə alaraq, onu sözügedən məbləğdə cəzalandırıb.
Qeyd edək ki, Jerar Pike vəkili vasitəsilə məhkəməyə məktub göndərərək günahkar olduğunu etiraf edib.