Çempionlar Liqasının oyunları təxirə salındı

Çempionlar Liqasının oyunları təxirə salındı Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.
Futbol
26 Fevral , 2020 18:28
Çempionlar Liqasının oyunları təxirə salındı
google.az

Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.

"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.

ÇL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "Çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb. 

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1 146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi