Cenk Tosunun "Everton"la müqavilə imzalama mərasimi təxirə salınıb

Cenk Tosunun "Everton"la müqavilə imzalama mərasimi təxirə salınıb Buna 27 yaşlı hücumçunun tibbi müayinəsinin uzanması səbəb olub
Futbol
6 Yanvar , 2018 00:10
Cenk Tosunun Evertonla müqavilə imzalama mərasimi təxirə salınıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyə milli komandası və "Beşiktaş" klubunun futbolçusu Cenk Tosunun İngiltərə "Everton"u ilə müqavilə imzalama mərasimi təxirə salınıb.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, buna 27 yaşlı hücumçunun tibbi müayinəsinin uzanması səbəb olub.

Texniki məsələlərin həllini tapmaması üzündən Tosun "Liverpul"la İngiltərə Kuboku matçında iştirak etməyəcək. Onun "Everton"da debütü yanvarın 13-də "Uembli" stadionunda "Tottenhem"lə səfər matçına təsadüf edə bilər.

Cenk Tosunun yeni klubundakı əməkhaqqısı həftədə 125 min funt sterlinq olacaq. O, "Everton"la 4,5 illik müqavilə bağlayacaq.

Son xəbərlər

Orphus sistemi