Cenk Tosun "Beşiktaş"a dönüşünü dublla qeyd etdi

Cenk Tosun "Beşiktaş"a dönüşünü dublla qeyd etdi Türkiyə Super Liqasında XV tura yekun vurulub
Futbol
15 Fevral , 2021 19:20
Cenk Tosun Beşiktaşa dönüşünü dublla qeyd etdi

Türkiyə Super Liqasında XV tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə "Beşiktaş" səfərdə "Gənclərbirliyi"ni 3:0 hesabı ilə məğlub edib.

İstanbul təmsilçisinin heyətində qolları 4-cü dəqiqədə Raşid Gezzal, 89 və 90+4-cü dəqiqələrdə isə yeni transfer Cenk Tosun vurub. 3 illik fasilədən sonra "qara qartallar"a qayıdan Türkiyə millisinin hücumçusu dönüşünü dublla qeyd edib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 51-ə çatdıran "Beşiktaş" ikinci pillədəki yerini qoruyub. Eyni xala malik "Qalatasaray" 1-ci, "Fənərbağça" isə 3-cü sırada yer alır.

Son xəbərlər

Orphus sistemi