Cenk Tosun Afrində döyüşən əsgərlərə video-müraciət edib - VİDEO

Cenk Tosun Afrində döyüşən əsgərlərə video-müraciət edib - VİDEO "Videonuzu aldım, çox duyğulandım"
Futbol
12 Mart , 2018 17:33
Cenk Tosun Afrində döyüşən əsgərlərə video-müraciət edib - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ İngiltərənin "Everton" klubunun futbolçusu Cenk Tosun Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatındakı əsgərlərə video-müraciət edib.

"Report" xəbər verir ki, 27 yaşlı hücumçu əsgərlərin onun üçün çəkdiyi videoya cavab verib.

Əsgərlərin "Afrindən "Cenk Tosuna salam olsun" deyərək çəkdiyi videoya "Twitter" hesabından cavab verən Tosun "Afrindəki əsgər qardaşlarımıza sevgi dolu salamlar. Videonuzu aldım, çox duyğulandım. Həqiqətən də, qəlbimiz sizinlə döyünür. Vətən sizə əmanət. Allah köməyiniz olsun" deyib.

Qeyd edək ki, Cenk Tosun "Everton"la yanvarın 5-də 4,5 illik müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi