Çempionlar Liqasının yarımfinal cütləri püşkatma nəticəsində müəyyənləşib

Çempionlar Liqasının yarımfinal cütləri püşkatma nəticəsində müəyyənləşib "Real Madrid" finalda nominal ev sahibi olub
Futbol
13 Aprel , 2018 15:15
Çempionlar Liqasının yarımfinal cütləri püşkatma nəticəsində müəyyənləşib

Bakı. 13 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. 

Püşk nəticəsində cütlərin tərkibi belə müəyyənləşib: 

"Bavariya" (Almaniya) - "Real  Madrid" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya) 

"Bavariya" - "Real Madrid" cütü finalda nominal ev sahibi olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 6-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi