Çempionlar Liqasının qalibi "Qarabağ"a keçə bilər

Çempionlar Liqasının qalibi "Qarabağ"a keçə bilər Dino Ndlovunun əvəzinə yeni hücumçu gəlir
Futbol
15 Yanvar , 2018 09:41
Çempionlar Liqasının qalibi Qarabağa keçə bilər

Bakı. 15 yanvar. REPORT.AZ/ "Qarabağ" Çinin "Quançjou Qrintaun" klubuna satdığı Dino Ndlovunun əvəzinə yeni hücumçu tapıb.

"Report"un "The Herald" nəşrinə istinadən verdiyi məlumata görə, bu, hazırda Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" komandasında çıxış edən Xama Billiatdır. Zimbabve yığmasının forvardı klubunun ona təklif etdiyi yeni müqaviləni imzalamaq istəməyib. Nəticədə 28 yaşlı forvard baş məşqçi Pitso Mosimanenin qəzəbinə tuş gəlib. Mosimane bu yaxınlarda onu əsas komandadan kənarlaşdırıb. Avropanın digər klublarının da maraqlandığı Billiant CAR liqasını tərk etməkdə israrlıdır. "Qarabağ"ın təcrübəli hücumçuya ayda 500 000 Zimbabve dolları (təqribən 90 000 manat) təklif etdiyi bildirilir.

Billiatın satış qiyməti 2,5 milyon ABŞ dollarına bərabərdir. Hazırda Azərbaycan təmsilçisi bu məbləği aşağı salmaq üçün danışıqlar aparır.

Qeyd edək ki, "Kamaldinyo" ləqəbli Xama Billiat əvvəllər Zimbabvenin "CAPS Yunayted", CAR-ın "Ayaks Keyptaun" komandalarında da çıxış edib. O, 2013-cü ildən formasını geyindiyi "Mamelodi Sandaunz" klubunda 63 oyuna 23, 2011-ci ildən dəvət aldığı Zimbabve millisində isə 26 matçda 7 qol vurub. Billiat hazırkı klubu ilə 2 dəfə (2013-2014 və 2015-2016) CAR çempionu, eləcə də Afrika Çempionlar Liqasının (2016) və Afrika Super Kubokunun (2017) qalibi olub. 

Son xəbərlər

Orphus sistemi