Çempionlar Liqasının oyununun keçiriləcəyi stadionda köstəbəklər peyda olub

Çempionlar Liqasının oyununun keçiriləcəyi stadionda köstəbəklər peyda olub Bakı. 13 sentyabr. REPORT.AZ/ Ukraynanın “Şaxtyor” klubu UEFA Çempionlar Liqasının I turunda Almaniya təmsilçisi “Hoffenhaym”la oyun ərəfəsində qeyri-adi problemlə üzləşib.
Futbol
13 Sentyabr , 2018 16:08
Çempionlar Liqasının oyununun keçiriləcəyi stadionda köstəbəklər peyda olub
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Ukraynanın “Şaxtyor” klubu UEFA Çempionlar Liqasının I turunda Almaniya təmsilçisi “Hoffenhaym”la oyun ərəfəsində qeyri-adi problemlə üzləşib.

“Report” Donetsk təmsilçisinin “Twitter” səhifəsinə istinadən xəbər verir ki, sentyabrın 19-da oyunun keçiriləcəyi Xarkov şəhərindəki “Metallist” stadionunun şimal tribunası tərəfdə, künc bayrağının yaxınlığında köstəbəklər peyda olub. Onlar stadionun qazonuna ciddi zərər yetiriblər.

Qeyd edək ki, "Şaxtyor" “Hoffenhaym”la yanaşı, İngiltərənin “Mançester Siti” və Fransanın “Lion” komandaları ilə birgə F qrupunda yer alıb. Donetsk klubu ev oyunlarını müvəqqəti olaraq Xarkovda keçirir.

Son xəbərlər

Orphus sistemi