Çempionlar Liqasının oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub

Çempionlar Liqasının oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub Əliyar Ağayev "Rusenborq" - "Dandolk" matçını idarə edəcək
Futbol
23 İyun , 2017 14:50
Çempionlar Liqasının oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub

Bakı. 23 iyun. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Norveç "Rusenborq"u ilə İrlandiya "Dandolk"u arasında keçiriləcək cavab görüşü azərbaycanlı hakimlər briqadasına həvalə olunub. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyulun 18-i və ya 19-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi