Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub

Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinə yekun vurulub.
Futbol
1 Avqust , 2019 00:31
Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub

UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə 5 görüş keçirilib.

Azərbaycan çempionu "Qarabağ" İrlandiya "Dandolk"unu 3:0 hesabı ilə yenərək, növbəti mərhələdə Kipr APOEL-inə rəqib olub.

ÇL-də bu mərhələni Serbiyanın "Srvena Zvezda", Sloveniyanın "Maribor", Norveçin "Rusenborq" və "Danimarkanın "Kopenhagen" komandaları da keçib.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. HİK (Finlandiya) - “Srvena Zvezda” (Serbiya) - 2:1

Qollar: Sebastyan Dallström, 46. Riku Riski, 90+2 - Duşan Yovançiç, 56

İlk oyun - 0:2

21:00. AIK (İsveç) - “Maribor” (Sloveniya) - 3:2 (əsas vaxt - 2:1, əlavə vaxt - 1:1)

Qollar: Per Karlsson, 4. Sebastyan Larsson, 61. Tarik Elyunussi, 93 - Andrey Kotnik, 48. Aleksandru Kretu, 117

İlk oyun - 1:2

21:00. “Qarabağ” (AZƏRBAYCAN) - “Dandolk” (İrlandiya) - 3:0

Qollar: Xayme Romero, 12; 87. Aylton Silva, 76

İlk oyun - 1:1

21:00. “Rusenborq” (Norveç) - BATE (Belarus) - 2:0

Qollar: Pal Andre Halland, 70 (penalti ilə). Aleksander Söderlund, 85

İlk oyun - 1:2

21:45. “Kopenhagen” (Danimarka) - TNS (Uels) - 1:0

Qol: Karlos Zeka, 52

İlk oyun - 2:0

Beləliklə, ÇL-in III təsnifat mərhələsində qarşılaşacaqlar:

Çempionlar Yolu

ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)

APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan)

"Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)

"Maribor" (Sloveniya) - "Rusenborq" (Norveç)

Liqa Yolu

"İstanbul Başakşehir" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)

"Krasnodar" (Rusiya) - "Portu" (Portuqaliya)

"Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)

"Bazel" (İsveçrə) - LASK (Austriya)

Son xəbərlər

Orphus sistemi