“Barselona” Çempionlar Liqasının qalibi olub - 3:1 - VİDEO - YENİLƏNİB

“Barselona” Çempionlar Liqasının qalibi olub - 3:1 - VİDEO - YENİLƏNİB İspaniyanın “Barselona” komandası beşinci dəfə qitənin ən güclüsü oldu
Futbol
7 İyun , 2015 01:54
“Barselona” Çempionlar Liqasının qalibi olub - 3:1 - VİDEO - YENİLƏNİB

Bakı. 7 İyun. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərindəki Olimpiya stadionunda Çempionlar Liqasının final oyunu başa çatıb.

"Report" xəbər verir ki, Avropa futbolunun iki nəhəngi - “Barselona” və “Yuventus” klubları arasında keçirilən oyun olduqca maraqlı və gərgin keçib. Qarşılaşmanın son dəqiqəsində rəqib qapısına daha bir qol vuran “Barselona” 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, katoloniyalılar beşinci dəfə UEFA Çempionlar Liqasının qalibi olublar.

01:24

“Barselona” 67-ci dəqiqədə italyanların qapısından ikinci topu keçirib. Beləliklə, hesab onun xeyrinə 2:1 olub.

01:15

Final oyununda hesab bərabərləşib. “Yuventus” 55-ci dəqiqqədə cavab topu vurmağa nail olub. 

Olduqca gərgin keçən qarşılaşma qarşılıqlı hücumlarla davam edir.

İlk xəbər saat 00:21-da dərc olunub

İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klubları arasında keçirilən qarşılaşma “Barselona”nın güclü hücumları ilə başlayıb. Hesab çox erkən açılıb. Oyunun 4-cü dəqiqəsində ispanlar rəqib qapısına qol vurublar.

Final oyununun birinci hissəsində hesab dəyişməyib.

Son xəbərlər

Orphus sistemi