Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb

Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb UEFA Çempionlar Liqasında final matçının hakimləri açıqlanıb.
Futbol
162
14 May , 2019 16:38
Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasında final matçının hakimləri açıqlanıb. 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları arasındakı həlledici görüş Sloveniyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Damir Skominaya yan xətt hakimləri - Yure Praprotnik və Robert Vukan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə ispaniyalı Mateu Laos yerinə yetirəcək. 

Əsas Video-Köməkçi Hakim (VAR) hollandiyalı Danni Makkeli, onun köməkçiləri həmyerlisi Pol van Bukel və almaniyalı Feliks Tsvayer olacaq. VAR-da oyundan kənar vəziyyətə isə almaniyalı Mark Borş baxacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi