Çempionlar Liqasının "Borussiya" - "Monako" matçı partlayış səbəbindən təxirə salınıb

Çempionlar Liqasının "Borussiya" - "Monako" matçı partlayış səbəbindən təxirə salınıb Oyun aprelin 12-də keçiriləcək
Futbol
2111
11 Aprel , 2017 22:59
Çempionlar Liqasının Borussiya - Monako matçı partlayış səbəbindən təxirə salınıb

Bakı. 11 aprel. REPORT.AZ/ Çempionlar Liqasının "Borussiya" (Almaniya) və "Monako" arasında çərşənbə axşamı keçirilməli olan ¼ final oyunu dortmundluların avtobusu qarşısında törədilən üç partlayış səbəbindən təxirə salınıb.

"Report" xəbər verir ki, "Borussiya"nın rəsmi "Twitter" səhifəsinin məlumatına görə, oyun aprelin 12-si Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.

"Bild" nəşri yazır ki, partlayıcı qurğu yolun keçid hissəsinə qoyulub. Polisin məlumatına görə, ümumilikdə üç partlayış baş verib. Avtobusa ziyan dəyib.

Nəticədə 1 nəfər – alman klubunun ispaniyalı müdafiəçisi Mark Bartra xəsarət alıb. O xəstəxanaya yerləşdirilib. Futbolçunun start heyətində meydana çıxacağı gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi