Çempionlar Liqasının bombardiri müəyyənləşib

Çempionlar Liqasının bombardiri müəyyənləşib İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün bombardiri olub.
Futbol
29 May , 2022 02:33
Çempionlar Liqasının bombardiri müəyyənləşib

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün bombardiri olub.

"Report"un məlumatına görə, fransalı hücumçu 12 oyunda 15 qol vurub. Onun aktivində 2 məhsuldar ötürmə də var.

Benzema Almaniya "Bavariya"sının forvardı Robert Levandovskini 2, Niderland "Ayaks"ının üzvü Sebastyen Alleri 4 top üstələyib.

Qeyd edək ki, Çempionlar Liqasının finalında "Real Madrid" İngiltərə "Liverpul"unu məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu 50-cu dəqiqədə Vinisius Junior vurub.

Son xəbərlər

Orphus sistemi