Bakı. 6 noyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Çempionlar Liqasında IV tura yekun vurulub. "Report"un məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma keçirilib.
Bu oyunlardan sonra 4 komanda - "Barselona", "Bavariya", PSJ və "Portu" 1/8 finala vəsiqəni təmin edib. Beləliklə, növbəti mərhələyə vəsiqə qazananların sayı 6-ya çatıb. İlk oyun günündə "Real Madrid" və "Borussiya" (Dortmund) da bu hüquqa yiyələnib.
E qrupu
"Mançester Siti" (İngiltərə) - MOİK (Moskva, Rusiya) - 1:2
"Bavariya" (Almaniya) - "Roma" (İtaliya) - 2:0
F qrupu
PSJ (Fransa) - APOEL (Kipr) - 1:0
"Ayaks" (Hollandiya) - "Barselona" (İspaniya) - 0:2
G qrupu
"Maribor" (Sloveniya) - "Çelsi" (İngiltərə) - 1:1
"Sportinq" (Portuqaliya) - "Şalke" (Almaniya) - 4:2
H qrupu
"Şaxtyor" (Donetsk, Ukrayna) - BATE (Belarus) - 5:0
"Atletik" (Bilbao, İspaniya) - "Portu" (Portuqaliya) - 0:2